"Fələstinlilərin öz torpaqlarından qovulmasını rədd edirik"



 14:20 18.10.2023     287

"Qəzzada baş verənlər mülki insanları Misirə köçməyə məcbur etmək cəhdidir. Fələstinlilərin öz torpaqlarından qovulmasını rədd edirik".

Demedia.az xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisi belə deyib. O bildirib ki, mövcud hərbi əməliyyatların davam etdirilməsi fəlakətə gətirib çıxara bilər. Sisinin sözlərinə görə, Qəzza zolağında mövcud gərginliyi nəzarət altına aldıqdan sonra sülh prosesinin yenidən başlaması üçün intensiv şəkildə çalışmaq lazımdır.

Bahadur Seyidov