Anadangəlmə ürək qüsuru riskini necə azaltmaq olar? - Video



 14:59 18.10.2023     466

Anadangəlmə ürək qüsurları ürək və iri damarların kifayət qədər geniş və müxtəlif mənşəli xəstəlikləri olub, ürəyin qan dövranı dəyişiklikləri, artıq yüklənməsi və ürək çatışmazlığı ilə müşayiət olunur.

Ürək qüsurlarının rastgəlmə tezliyi yüksəkdir, müxtəlif mənbələrin məlumatına görə, hər yeni doğulmuşların 0.8-1.2%-ində rast gəlinir. Anadangəlmə ürək qüsurları bütün anadangəlmə anomaliyaların 10-30%-ni təşkil edir. Hamiləliyin planlaşdırılmasına məsuliyyətlə yanaşan xanımlar, yəgin ki, TORCH infeksiyaları barədə xəbərdardılar. TORCH – hamiləlik zamanı təhlükəli xəstəlikləri qeyd etmək üçün istifadə olunan həkim terminidir: toksoplazma, qızılca, sitomeqalovirus, herpes, suçiçəyi və s.. Lakin bu xəstəliklərlə hamiləlik zamanı təhlükəli xəstəliklərin sayı məhdudlaşmır.

Uşaq-Kardioloqu Elnur İmanov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az  Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az