Unutqanlıq, başgicəllənmə - Aşağı təzyiqin əlaməti ola bilər? - Video



 15:03 18.10.2023     648

 

Təzyiqin yüksək olması kimi, aşağı olması da problemdir. Aşağı təzyiq bir çox xəstəliklərin əlaməti ola bilər.

Təzyiqin 90/60-dan az olması aşağı təzyiq kimi qiymətləndirilir. Təzyqin aşağı olmasının səbəbləri sırasında hamiləlik, maye itkisi, ishal, bəzi dərmanların qəbulu, orqanizmdə olan bir sıra infeksiyalar göstərilir. Bir çox hallarda təzyiqin enməsi hiss edilmiəsə də, bu hala xarakterik xüsusiyyətlər kimi başgicəllənmə, yorğunluq, gözqaralması, ürəkbulanma, ayaqüstdə dayana bilməmək, iştahanın azalması, bayılma qeyd olunur. Təzyiqin aşağı olması böyrəklərə, damarlara, ağciyərə və beyinə ciddi ziyan vura bilər.

Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az