Cinsi orqanda yanma - XRONİKİ URETRİT xəstəliyinin əlamətidir? - Video



 15:27 18.10.2023     457

Uretrit sidik kanalının divarının iltihabi xəstəliyidir.

Uretritlərin yaranmasına qonokok , trixomonas, bakteriya ,virus, kandida göbələyi və s. səbəb olur.  Bundan başqa allergiya, durğunluq, zəhərlənmə, maddələr mübadiləsinin pozğunluğu da xəstəliyin əmələ gəlməsinə səbəb ola bilir. Uretrit gedişinə uyğun olaraq birincili və ikincili olur. İnfeksion amilin növünə görə uretritlər spesifik (qonoreya, trxomonas, vərəm) və qeyri-spesifik bakterial (stafilokokk,streptokokk,bağırsaq çöpləri, pnevmokokk), virusabənzər mikroorqanizmlər (mikoplazma,xlamida) kandida mənşəli olurlar.
Uretritlərin ən çox rast gəlinən növü bakterial uretritdir. Bakterial uretrit əksər hallarda qorunmayan təsadüfi cinsi əlaqə nəticəsində qeyri –spesifik mikroorqanizmlərin uretranın selikli qişasına düşməsi nəticəsində baş verir. Bakterial uretrit 2 cür olur:
kəskin
xroniki

Uroloq-Androloq Elnur Hüseynov mövzu barədə videoda ətraflı məlumat verir. 

Demedia.az  Uroloq-Androloq Elnur Hüseynov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az