Rusiya nüvə sınaqlarının qadağası barədə sənədi rədd etdi



 15:30 18.10.2023     278

Rusiya parlamentinin aşağı palatası Duma, Rusiyanın Hərtərəfli Nüvə Sınaqlarının Qadağası Müqaviləsini ratifikasiyasının ləğvi ilə bağlı qanun layihəsini qəbul edib.

Demedia.az xəbər verir ki, səsvermənin ikinci və üçüncü turunda sazişin təsdiqinin geri götürülməsi ilə bağlı qanun layihəsi deputatlar tərəfindən yekdilliklə qəbul edilib. Dumanın spikeri Vyaçeslav Volodin ABŞ-ın qlobal təhlükəsizliyin qorunması üzrə öhdəliklərinə qarşı kobud münasibətinə cavab olaraq bu qanun layihəsinə səs verdiklərini bəyan edib.

Volodin deyib: "Fikir verin, 23 ildir ki, bu sənədi təsdiq etmirlər. Dünən oyanıb Dumanın deputatlarını xatırlayıblar. Özlərini dominant, birqütblü güc kimi hiss edirlər”.

Bahadur Seyidov