Fransada 6 hava limanı bomba təhdidləri səbəbindən boşaldılıb



 15:54 18.10.2023     285

Fransada 6 hava limanının bomba təhdidləri və hücum təhlükəsi səbəbindən boşaldıldığı bildirilib.

Demedia.az xəbər verir ki, bu barədə Fransanın Mülki Aviasiya Baş Müdirliyi açıqlama verib. Bildirilib ki, Lill, Bron, Nitsa, Nantes, Tuluz və Buve hava limanlarından heç bir təyyarə havaya qalxmayıb və növbəti xəbərdarlığa qədər uçuşlar dayandırılıb. Məlumata görə, polis rəsmiləri sözügedən hava limanları üçün elektron poçt vasitəsilə bomba və hücum bildirişləri alıb. Xəbərdarlıqların ardından təhlükəsizlik qrupları hərəkətə keçərkən, hava limanlarında bomba axtarışları aparılır.

Hava limanına enən təyyarələrdə olan sərnişinlərin terminala daxil olmasına icazə verilməyib. Terminalda olan sərnişinlər çıxış qapılarına yönəldilib.

Bahadur Seyidov