Fransada bomba həyəcanı! - 6 hava limanı boşaldıldı



 16:10 18.10.2023     674

Fransa Mülki Aviasiya Baş Müdirliyi Lill, Bron, Nice, Nantes, Toulouse və Beauvais hava limanlarından heç bir təyyarənin havaya qalxmadığını və növbəti xəbərdarlığa qədər uçuşların dayandırıldığını açıqlayıb.

Demedia.az xəbər verir ki, bu gün səhər saatlarında polis rəsmiləri sözügedən hava limanları üçün elektron poçt vasitəsilə bomba və hücum bildirişləri alıb.

Xəbərdarlıqların ardından təhlükəsizlik qrupları hərəkətə keçərkən, hava limanlarında bomba axtarışları aparılır.

Hava limanına enən təyyarələrdə olan sərnişinlərin terminala daxil olmasına icazə verilmədiyi halda, terminalda olan sərnişinlər çıxış qapılarına yönəldilir.

Sərnişinlərin sosial media hesablarında paylaşdıqları paylaşımlarda hava limanlarının boşaldıldığı görünür.

Bahadur / Demedia.az

.