Çəkiliş zamanı bilmədən adam öldürmüşdü, indi isə...



 19:29 18.10.2023     739

“Rust” filminin çəkilişləri zamanı boş olduğunu düşündüyü silahla kinematoqraf Halyna Hatçinsin ölümünə səbəb olan Alec Baldwinə qarşı ittihamlar ötən ilin aprelində götürülüb.

Demedia.az xəbər verir ki, amerikalı aktyor yeni ittihamla üz-üzədir. Filmin çəkilişləri 18 ay sonra yenidən başladı və 2023-cü ilin mayında tamamlandı.

Alec Baldwin 21 oktyabr 2021-ci ildə Santa Fe, Nyu-Meksiko yaxınlığındakı Bonanza Creek Ranch-da baş verən Rust filminin çəkiliş meydançasında rolu üçün məşq edirdi. O, hadisə yerində istifadə etmək üçün tapançadan atəş açaraq, içərisində həqiqi güllələrin olduğunu bilmədiyini izah edib. Güllə ilə vurulan kinooperator Halyna Hutchins həyatını itirib, rejissor Coel Souza isə ağır yaralanıb.

Çəkiliş meydançasında baş verən faciəli ölümdən sonra Bolduin “ehtiyatsızlıqdan adam öldürmə”də ittiham olundu. Məşhur aktyor ittihamları rədd edib; “Əsl güllənin çəkiliş meydançasına necə girdiyi barədə heç bir fikrim yoxdur” deyən o, tətiyi çəkmədiyini və silahın təsadüfən atəş açdığını bildirib.

Sözügedən silah müstəqil ekspert tərəfindən sınaqdan keçirilib və tətiyi çəkilmədikcə silahın atəşə tutulmayacağı məlum olub. FTB-nin keçirdiyi testlər də eyni nəticəni verib.

Məhkəmənin başlamasına iki həftə qalmış prokurorlar ABŞ aktyoruna qarşı “qəsdən adam öldürmə” ittihamını ləğv etmək qərarına gəliblər. Açıqlamada, "İttihamların götürülməsi Baldvinin günahsız olduğu anlamına gəlmir. İstintaq yeni məlumatlar işığında davam edə bilər."

Alek Baldvinə qarşı ittiham ötən ilin aprelində ləğv edilsə də, iş davam edir. Nyu Meksiko prokurorları Rust filminin çəkiliş meydançasında baş verən və kinematoqraf Halyna Hatçinsin ölümünə səbəb olan insidentlə bağlı 65 yaşlı aktyoru yenidən “qəsdən adam öldürmə” maddəsi ilə ittiham etməyə hazırlaşır.

Aysun / Demedia.az