Məşhur müğənni illər əvvəl abort etdirdiyini açıqladı



 20:02 18.10.2023     760

Keçən il evləndiyi Sem Əsgəri ilə boşanma mərhələsində olan "Pop şahzadəsi" Britni Spirs "Mənimdəki qadın" kitabında birlikdə olduğu Castin Timberleyklə münasibəti ilə bağlı şok etiraflar edib.

Demedia.az xəbər verir ki, 19 yaşında Timberleykdən hamilə qaldığını deyən Spirs, sevgilisinin ata olmaq istəmədiyini dedikdən sonra abort etdirməli olduğunu açıqlayıb: 

"Mən Castini çox sevirdim. Həmişə düşünürdüm ki, bir gün birlikdə ailə həyatı quracağıq. Hamilə qalmaq mənim bu xəyalımı gözlədiyimdən çox tez həyata keçirə bilərdi. Amma Castin bu hamiləlikdən qətiyyən razı deyildi. Dedi ki, həyatımızda körpə olmağa hazır deyilik, çox gəncik

Əminəm ki, insanlar buna görə mənə nifrət edəcəklər, amma mən körpəni saxlamamağa razılaşdım. Bu, düzgün qərar olub-olmadığını bilmirəm. Təkcə mənim qərarım olsaydı, heç vaxt abort etdirməzdim. Ancaq Castin ata olmaq istəmədiyinə o qədər əmin idi ki...”.

Aysun / Demedia.az