Pəncərədən yıxılan uşaq möcüzəvi şəkildə xilas edildi - VİDEO



 21:03 18.10.2023     484

Türkiyədə Beyoğluda 3-cü mərtəbədəki evdə 4 yaşlı qız oynayarkən pəncərəyə çıxıb.

Demedia.az xəbər verir ki, bir müddət pəncərədə gözləyən uşaq təxminən 10 metr hündürlükdən dayanmış maşının üzərinə yıxılıb.

Ətrafdakı insanlar balaca oğlanın köməyinə qaçıblar. Qızın xəstəxanaya aparıldığı və həyatının təhlükədə olmadığı bildirilib.

Hadisə dünən saat 11:00 radələrində Kocatəpə məhəlləsində baş verib. Əldə edilən məlumata görə, 4 yaşlı qız evdəki insanların dalğınlığı ucbatından xəsarət alaraq pəncərəyə çıxıb. Bir müddət pəncərədə gözləyən balaca uşaq təxminən 10 metr hündürlükdən dayanmış maşının üzərinə yıxılıb. Vətəndaşlar qaçaraq qızı yerdən götürüblər. Yaralı uşaq təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Uşağın yıxıldığı zaman valideynlərinin evdə olmadığı öyrənilib.

Aysun / Demedia.az