Silahla oynayan uşağa şok... - Hər şey bir anda baş verdi



 23:48 18.10.2023     7778

13 yaşlı qız evdə sənədsiz silahla oynayarkən özünü güllələyib. Xəsarət alan uşaq xəstəxanaya aparılıb.

Demedia.az xəbər verir ki, hadisə saat 13.15 radələrində Konyanın mərkəzi, Karatay rayonu, Organqazi məhəlləsi, Bilge küçəsində yerləşən 2 mərtəbəli kerpiç evdə baş verib.

Əldə edilən məlumata görə, o, evdə sənədsiz silahla oynayarkən tapançadan atılan güllə 13 yaşlı B.G.Y.-nin ayağına dəyib. Yaxınlarının xəbəri üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edildi.

Sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra qız təcili yardımla Konya Şəhər Xəstəxanasına aparılaraq müalicə altına alınıb. Ünvana gələn polis qrupları evə baxış keçirib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Aysun / Demedia.az