Türkiyə açıqladı: 3 günlük milli matəm elanından sonra...



 11:40 19.10.2023     748

İsrail-Həmas qarşıdurmaları zamanı blokada altında olan Qəzzada həyatını itirən fələstinlilər üçün Türkiyədə 3 günlük milli matəm elan edilərkən, bu gün səhər saatlarından etibarən Türkiyədə bayraqlar yarıya qədər endirilib.

Demedia.az xəbər verir ki,3 günlük milli matəm elan edilib. Qəzzada bombardman nəticəsində həyatını itirən fələstinlilər üçün Türkiyədə elan edildi.

Milli matəm elan edilməsinin ardından ölkə daxilindəki bütün ictimai binalarda və xarici səfirliklərdə Türkiyə bayraqları yarıya endirildi.

İsrailin dünən gecə Qəzzada xəstəxananı hədəf alan qanlı hücumunda 471 nəfər həyatını itirib, çoxlu sayda mülki şəxs yaralanıb. Qırğına dünyanın hər yerindən reaksiyalar yağarkən, Türkiyə də hərəkətə keçdi.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə 3 günlük milli matəm elan edildiyini açıqlayıb. Ərdoğan açıqlamasında bu sözləri deyib: "Türkiyə olaraq Fələstinli qardaşlarımızın yaşadığı böyük ağrını qəlbimizdə hiss edirik. Əksəriyyəti uşaq və günahsız mülki vətəndaş olan minlərlə şəhidimizə ehtiramımızın tələbi olaraq 3 gündür Ölkəmizdə milli matəm elan olunub”.

Bahadur / Demedia.az