İranda xarici dilin tədrisi  qadağan edilir



 11:25 19.10.2023     277

İranda uşaq bağçalarında və ibtidai məktəblərdə təhsil alan uşaqlara xarici dillərin öyrədilməsi qadağan edilir.

Demedia.az İran KİV-nə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin rəsmisi Məsud Tehrani-Fərcad  barədə açıqlama verib:

 "Körpələr evi, uşaq bağçası və ibtidai məktəblərdə xarici dil öyrənilməsi məhdudlaşdırılıb. Çünki uşaqlarda İran kimliyi bu yaşlarda formalaşır”.

O bildirib ki,   təkcə ingilis dili deyil,  ərəb dilini bu qadağaya daxildir.

Qeyd edək ki, İranda ibtidai məktəblərdə ingilis dili təhsili 2018-ci ildə qadağan edilib, lakin lisey səviyyəli məktəblərdə xarici dil təhsilinin davam etdirilməsi qərara alınıb. Keçən il İran Təhsil Nazirliyi məktəblərdə fransız təhsilinə başlamaq üçün plan hazırlamışdı və planın ingilis dilinin monopoliyasını qırmaq məqsədi daşıdığı bildirilmişdi.  Uşaq bağçaları və ibtidai məktəblərə qoyulan qadağadan sonra bu planın dayandırılacağı gözlənilir.

Keçən ay İran administrasiyası iranlı və ikili vətəndaşlıq alan tələbələrin beynəlxalq məktəblərdə təhsil almasına qadağa qoyub və iranlı uşaqların rəsmi kurrikuluma əməl etməli olduqlarını elan edib.

Qadağadan sonra Tehranda fransız və alman məktəblərində şagirdlərin sayında ciddi azalma müşahidə olunub.

Bahadur Seyidov