İsrailin çağırışından sonra Türkiyəni tərk etdilər
İsrailin Milli Təhlükəsizlik Bürosu Türkiyədəki vətəndaşlarını bir an əvvəl ölkəni tərk etməyə çağırıb.
Demedia.az NTV-yə istinadən xəbər verir ki, İsrail vətəndaşları çağırışdan sonra Türkiyəni tərk etməyə çağırıb.
Türkiyəni tərk etmək istəyən İsrail vətəndaşları bilet və baqaj əməliyyatlarını tamamladıqdan sonra pasport nəzarətindən keçərək təyyarənin qapısına gediblər. Burada təhlükəsizlik yoxlamasından sonra sərnişinlər təyyarəyə aparılıb və təyyarə saat 19.30-da İstanbuldan havaya qalxıb.
Qeyd edək ki, Türkiyə İsrailin Qəzzaya hücumunu pisləyən fikirlər səsləndirir.
Bahadur Seyidov