Arda Gülərdən üzücü xəbər - Oynamayacaq



 12:20 19.10.2023     273

“Real Madrid” azarkeşlərinin meydançaya çıxacağı günü səbirsizliklə gözlədiyi milli futbolçu Arda Gülərin Sevilla matçı üçün heyətdə yer alacağı gözlənilmir.

Demedia.az xəbər verir ki, "Real Madrid" İspaniya La Liqasının 10-cu həftəsində "Sevilya" ilə səfər matçının hazırlıqlarını davam etdirib.

Şənbə günü baş tutacaq matçdan əvvəl “Real Madrid”  həftənin üçüncü məşqini keçirib.

 İki gündür komanda ilə işləyən və "Sevilya" matçının heyətində yer alacağı ilə bağlı xəbərlər yayılan Arda Gülər məşqdə iştirak etməyib. Klubdan verilən açıqlamada Arda Gülərin komandadan ayrı müəssisələrdə çalışdığı bildirilib. Cümə günü açıqlanacaq "Sevilya" matçının heyətində Arda Gülərin yer alması ehtimalı demək olar ki, sıfıra bərabərdir.

Bahadur Seyidov