Türkiyədə əməliyyat - Terror təşkilatının lideri  saxlanıldı



 13:02 19.10.2023     294

Terror təşkilatı PKK/KCK-nin qondarma lideri İstanbulda yaxalanıb.

Demedia.az TRT Haber-ə istinadən xəbər verir ki,  PKK/KCK-nin Norveç qadın təşkilatı adlanan liderlərindən Şirin Tokpınar İstanbulda MİT və İstanbul Polis İdarəsinin əməliyyatı zamanı yaxalanıb.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, MİT və polis bölmələri Tokpınarın Türkiyəyə daxil olduğunu təsbit edib. Daha sonra hərəkətə keçən qruplar əməliyyat zamanı onu İstanbulda saxlayıb.

 Qeyd edək ki,  saxlanılan şəxs PKK/KCK-nın Norveç başda olmaqla Avropada təşkil etdiyi aksiya və tədbirlərdə fəal iştirak edib. Terror təşkilatı adına pul toplama və köçürmə fəaliyyətləri də həyata keçirirdi.

Bahadur Seyidov