İsrail ordusu Livan sərhədindəki Hizbullah hədəflərini bombaladı
İsrail ordusu Livan sərhədindəki Hizbullah hədəflərini vurub.
Demedia.az xəbər verir ki, bu barədə İsrail ordusundan açıqlama verilib. Açıqlamada Livandan sərhədin İsrail tərəfinə atəş açıldığı bildirilib. Bu atışlara cavab olaraq İsrail ordusunun Hizbullah mövqelərini vurduğu, hədəflər arasında Hizbullahın müşahidə məntəqəsinin də olduğu qeyd edilib. Livan Hizbullahı İsraillə toqquşmalarda daha 2 üzvünün öldüyünü açıqlayıb.
Açıqlamada iki Hizbulah üzvünün Livanın cənubundakı Aytarun bölgəsində İsrail hərbçiləri ilə qarşıdurmada öldüyü bildirilib.
Bahadur Seyidov