Ərəb Parlamentlərarası İttifaqı Qəzza ilə bağlı çağırış etdi



 15:00 19.10.2023     275

Ərəb Parlamentlərarası İttifaqı İsrailin Qəzza zolağında hücumlarının dayandırılması üçün regional və beynəlxalq təşkilatlara müraciət edib.

Demedia.az xəbər verir ki, açıqlamada təşkilatlardan müdaxilə edilməsi üçün çağırış edilib. Birlik sədri və İraq Nümayəndələr Palatasının sədri Məhəmməd Halbusinin sədrliyi Bağdadda keçirilən fövqəladə konqresdə bütün işğal olunmuş Fələstin torpaqlarında və Qəzza zolağında Fələstin xalqına dəstək imkanları müzakirə edilib.

Fövqəladə konqresdən sonra dərc edilən yekun bəyannamədə “Beynəlxalq və regional təşkilatlar və beynəlxalq ictimaiyyət müharibəni dərhal dayandırmaq üçün öz öhdəliklərini yerinə yetirməli və Fələstinə təcili humanitar yardımın çatdırılması üçün dəhlizlərin açılmasına çalışmalıdır” deyə bildirilib.

Bahadur Seyidov