Pekində Quterreş Çin sədri Si Cinpinlə bir araya gəlib



 16:02 19.10.2023     290

Pekində səfərdə olan Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Çin sədri Si Cinpinlə bir araya gəlib.

Demedia.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi açıqlama verib. Açıqlamaya görə, görüşdə Si, dünyanın bir çox təhlükə və çağırışlarla üz-üzə qaldığını və beynəlxalq ictimaiyyətin birləşməsinin vacibliyini bildirib. Si Cinpin Çinin beynəlxalq ictimaiyyətin müxtəlif qlobal problemlər üzərində birgə hərəkət etməsi üçün ortaq gələcəyi paylaşan qlobal birliyin yaradılmasını təklif etdiyini xatırladıb.

BMT-nin baş katibi Quterreş də inkişaf etməkdə olan ölkələrin infrastruktur, investisiya və maliyyələşdirmə sahələrində əlverişsiz və kövrək olduğuna diqqət çəkərək, beynəlxalq maliyyə sisteminin dünyanın siyasi və iqtisadi reallıqlarını əks etdirmədiyini və təcili islahatlara ehtiyac olduğunu bildirib.

Bahadur Seyidov