ABŞ-ın Suriyadakı bazası hücuma məruz qalıb



 16:18 19.10.2023     278

ABŞ-ın Suriyadakı bazası hücuma məruz qalıb.

Demedia.az xəbər verir ki, hücuma məruz qalan ABŞ hərbi bazası Suriyanın Deyr əz-Zor əyalətində yerləşir. Livanın Əl-Məyadin telekanalı öz mənbələrinə istinadən xəbər verir ki, Suriyanın Deyr əz-Zor əyalətindəki ABŞ-ın Tanf hərbi bazasına iki raket atılıb. Dağıntı və tələfatla bağlı məlumat verilməyib. Livan televiziyası hücumun hansı qüvvələr tərəfindən həyata keçirildiyi barədə məlumatın olmadığını da vurğulayıb.

Suriya rəsmilərinin hadisə ilə bağlı hələlik açıqlama vermədiyi bildirilib.

Bahadur Seyidov