Hakim Ziyeç məşqlərə başladı
Superliqanın 9-cu həftəsində "Qalatasaray" doğma meydanda "Beşiktaş"ı qəbul edəcək.
Demedia.az xəbər verir ki, Ziyeç oktyabrın 21-də şənbə günü oynanılacaq çətin matç öncəsi sarı-qırmızılı komanda ilə məşqlərə başlayıb.
"Qalatasaray"da zədəli olan Hakim Ziyeç derbi öncəsi məşqində sarı-qırmızılı komanda ilə birgə çalışıb. Nəhəng qarşılaşmada Okan Buruk şans versə, mərakeşli futbolçu derbinin böyük heyətində yer alacaq.
Qalatasaray və Beşiktaş 21 oktyabr şənbə günü saat 19.00-da RAMS Parkda üz-üzə gələcək. Səfər qadağasının tətbiq olunmayacağı bu matçda tribunada “Beşiktaş” azarkeşləri yer alacaq.
Bahadur Seyidov