Nəqliyyatı dayandıraraq əlil vətəndaşa kömək etdi - VİDEO



 22:36 19.10.2023     695

Ankarada avtobus sürücüsü tıxacda olan nəqliyyat vasitələrini saxlayaraq əlil vətəndaşa kömək edib.

Demedia.az xəbər verir ki, Çankaya rayonu Cebeci Dörtyol məhəlləsində piyada keçidindən istifadə etmək istəyən əlil vətəndaşa sürücülər yol verməyincə avtobus sürücüsü köməyə qaçıb.

Avtobus sürücüsünün avtobusu saxlaması və əlil vətəndaşın yolu keçməsinə kömək etməsinin görüntüləri ürəkaçan olub.

Aysun / Demedia.az