Qəzza xalqı üçün bunu etməyə hazırıq - Səlcuq Bayraktar



 09:11 20.10.2023     826

Biz Baykar olaraq Qəzza xalqı üçün 280 milyon lirəlik humanitar yardım etməyə hazırıq.

Demedia.az xəbər verir ki,  bunu Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar deyib.

O bildirib ki, biz bütün bəşəriyyəti Qəzzada törədilən qırğınları dayandırmaq üçün hərəkətə keçməyə dəvət edirik. “Səssiz qalmaq bu qırğınlara tərəf olmaqdır” deyən Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar beynəlxalq ictimaiyyəti Qəzzada baş verənlərə son qoymağa çağırıb:

"Biz Baykar olaraq Qəzzə xalqı üçün 280 milyon lirəlik humanitar yardım etməyə hazırıq. Qəzzadakı qırğınların dayandırılması üçün bütün bəşəriyyəti hərəkətə keçməyə dəvət edirik. Susmaq bu qırğınlara tərəf olmaq deməkdir".

Bahadur / Demedia.az