Ayaq şişməsinin 8 VACİB SƏBƏBİ - Video



 09:15 20.10.2023     765

Ödəmdən xilas olmaq mümkündürmü?

Ödəm insanların əksəriyyətində olur. Onlar həyat keyfiyyətlərini yaxşılaşdırmaq üçün dərmanlardan istifadə edirlər. Lakin dərmanlar ödəmə səbəb olan problemi kökündən həll etmir. Yaş 30-u keçəndən sonra bəzi insanların ayaqlarında ödəm, yəni şişkinlik yaranır. Lakin düzgün şəkildə yanaşılsa, həmin adamlar yaşlı vaxtlarında ödəmdən əziyyət çəkməzlər. Səbəblərdən ən birincisi şəkər və karbohidrat əsaslı qidalanmadır. Bu zaman, həmçinin, insulin miqdarı da yüksəlir. Yəni iki tərəfi də kəskin olan bıçaq insanın sağlamlığına qənim kəsilir. Normadan artıq şəkər qəbul etdiyinizdə orqanizminiz şəkəri qlikogen olaraq depolamağa məcbur qalır. Bəs, qlikogen nədir? Qlikogen kalium ilə bir-birinə bağlı olan qlükoza molekulları zənciridir. Yəni şəkəri qəbul etdiyimizdə kaliumu və suyu qlikogeni depolamaq üçün istifadə edirik.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az