İtdirsəyi hansı xəstəlikdən xəbər verir? - Video



 09:21 20.10.2023     680

Son dönəmlərdə daha geniş rast gəlinən itdirsəyi, adətən, göz ətrafında, gözün üst və ya alt qapağında peyda olur. Bu, göz qapağındakı kirpik kisənin, yaxud da piy vəzisinin kəskin irinli iltihabıdır.

Xəstəlik əksər hallarda immuniteti zəif olanlarda, əsasən uşaqlarda meydana çıxır. Bu, boğaz əti, burun boşluqlarının iltihabı, dişlərdə olan xəstəliklər, qurd xəstəliyi, şəkərli diabet və bir sıra digər xəstəliklər fonunda yaranan problemdir. İtdirsəyinin peyda olmasında bəzi faktorların da təsiri var. Bura mikroblar, göz gigiyenasının əksik olması, yağ vəzilərinin tıxanması, yorğunluq daxildir. Xəstəlik ilkin olaraq göz qapağı kənarında meydana çıxan ağrılı nöqtə ilə başlayır. Sonra onun ətrafında şişkinlik və qızartı əmələ gəlir və göz qapağı şişir. İki-üç gündən sonra göz qapağı kənarındakı şişkinlik sahəsində sarı rəngli irinli "başcıq” əmələ gəlir. Bu zaman irin xaric oluna bilər.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az