"Erkək" və "Dişi" şişlər nədir? - Video



 09:59 20.10.2023     623

ŞİŞ – (tumor, yeni törəmə, neoplazma, blastoma) orqanizmin hüceyrələrinin bölünərək çoxalması hesabına toxumaların yerli patoloji böyüməsinə deyilir.

Xoşxassəli şişlərin hüceyrələri mikroskopik quruluşuna görə inkişaf etmiş olduğu toxumanın hüceyrələrindən fərqlənmir və ya çox az fərqlənir, atipik deyillər. Bu şişlərin ətraf toxumalardan ayıran kapsulası olur, yavaş sürətlə böyüyür, ətrafdakı toxumaların içərisinə kök atmırlar, yalnız onları itələyə bilirlər. Belə böyümə ekspansiv böyümə adlanır. Xoşxassəli şişlər çox hallarda orqanizm üçün ciddi narahatlıqlar törətmir. Bədxassəli şişlərin etiologiyası haqqında çoxlu nəzəriyyələr var. Bu məsələlər patoloji anatomiya və patoloji fiziologiya kurslarında daha ətraflı işıqlandırılır. Günümüzdə polietioloji nəzəriyyə əsas götürülür ki, burada da konserogen maddələr, şiş virusları (yəni şiş əmələ gətirən viruslar) və genetik faktorlar əsas alınır. Ümümdünya səhiyyə təşkilatının məlumatına əsasən bədxassəli şişlərin əmələ gəlmə səbəbinin 90%-i xarici onkogen faktorlar, 10%-i isə viruslar və genetik dəyişiklərlə bağlıdır.

Ankoloq-Mammoloq İndira Səfərova mövzu haqqında videoda ətraflı məlumat verib.

Demedia.az  Ankoloq-Mammoloq İndira Səfərova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az