Xroniki qəbizlik, ishal - Babasil xəstəliyinə səbəb ola bilər? - Video



 10:05 20.10.2023     660

Babasil xəstəliyi düz bağırsaqda olan venoz kələflərin, venoz damarların durğunluq səbəbindən qanla dolub şişməsi nəticəsində yaranır.

Bəs bu durğunluğa səbəb nədir? Durğunluğa səbəb, əsasən, xroniki qəbizlik, xroniki ishal, qadınlarda hamiləlik və doğuş prosesidir. Həmçinin bəzi xəstəliklərdə portal hipertenziya, qaraciyər sirrozunda durğunluq yarana bilir. Bundan əlavə, daim oturaq həyat tərzi keçirənlərdə, daim ağır fiziki işlə məşğul olanlarda durğunluq olur və bunun nəticəsində bağırsaq venalarımız qanla dolur, şişir və düyünlər yaranır.

Qastroenteroloq-hepatoloq Nazlı Qasımova "Babasil" xəstəliyi barədə videoda ətraflı məlumat verir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz. 

Demedia.az Qastroenteroloq-hepatoloq Nazlı Qasımova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az