5 illik baş ağrısını həkim bu üsulla sağaltdı - Video



 10:27 20.10.2023     553

Baş ağrısı insanlara təsir edən ağrılı vəziyyətlərdən ən çox görülənidir. Belə ağrılar sistematik xəstəliklərlə yanaşı nevroloji xəstəliklərə də yol aça biləcək bir simptomdur.

Elə adam yoxdur ki, həyatı boyu baş ağrısı ilə qarşılaşmasın və bu, cəmiyyətdə ən çox görülən simptomlardan biridir. Aparılan araşdırmalara görə nevroloqa müraciət edən xəstələrin 2/3-də baş ağrıları var və bunların 1/3-də sırf baş ağrısı üçün müraciət edirlər. Bu xəstələrin ən azı 1/4 hissəsinin ağır və ciddi məhdudlaşdırıcı migren olduğu göstərilmişdir. Diaqnozu asanlaşdırmaq və etioloji yanaşma ilə baş ağrısını daha yaxşı idarə etmək üçün bu tip ağrıları təsnif etmək vacibdir. Baş ağrısının etiologiyası, tezliyi, şiddəti və həyati nəticələri çox dəyişə bilər və uğurlu müalicənin ilk addımı düzgün və spesifik diaqnozdur. Əksər xəstələr baş ağrısının ciddi bir problemin əlaməti olmasından qorxurlar. Tibbin hər bir sahəsi üçün bütün dünyada istifadə olunan və ümumiyyətlə qəbul edilən bir təsnifata sahib olmaq vacibdir. Bu, xüsusilə baş ağrısı üçün doğrudur, çünki baş ağrısı pozğunluqları ilə bağlı çox qərəzli fikirlər var.

Alqoloq Vüsal Eyvazov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Vüsal Eyvazov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az