ABŞ Ukrayna ayırdığı artilleriya mərmilərini İsrailə verəcək- KİV



 11:42 20.10.2023     282

Amerika Birləşmiş Ştatları(ABŞ) Ukrayna üçün ehtiyatda olan on minlərlə artilleriya mərmisini İsrailə təhvil verməyi planlaşdırır.

Demedia.az  xəbər verir ki, Amerika KİV-i İsrail nümayəndələrinə istinadən  məlumat yayıb.

Qeyd olunur ki, “İsrail” bu mərmiləri Qəzzəda quru işğalına hazırlaşmaq və Fələstin-Livan sərhədində Livan Müqaviməti, Hizbullahın iştirakı ilə eskalasiya ehtimalını həll etmək üçün istəyib.

ABŞ rəsmiləri isə iddia ediblər ki, bu mərmilərin İsrail rejiminə yönləndirilməsi Ukraynanın Rusiya qoşunlarına qarşı döyüş qabiliyyətinə  təsir etməyəcək.

Bununla belə, Qəzzada müharibə daha geniş regional münaqişəyə çevrilərsə, ABŞ-nin Ukrayna yardımına təsir edir.

Qeyd edək ki, oktyabrın 18-də ABŞ Prezidenti Co Bayden İsrailə  səfər edib.

Bahadur Seyidov