Messi “Barcelona”ya qayıdır?



 11:54 20.10.2023     285

ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi komandasının liqada pley-off mərhələsinə vəsiqə qazana bilməməsi səbəbindən mövsümü başa vurub.

Demedia.az Sporx-ə istinadən xəbər verir ki,  bundan sonra  Messinin "Barselona"ya və Səudiyyə Ərəbistanına transfer söz-söhbətləri artıb.

"Barselona"nın prezidenti Joan Laporta Messinin "Barselona"ya qayıtma xəbərləri ilə bağlı açıqlama verib. O bildirib ki, Messi ilə bu yaxınlarda görüşüb: "Mövsümün əvvəlində Lionel Messiyə qayıtmaq təklifi etdik. O, anladığımız və hörmət etdiyimiz bir cavab verdi. Messini şərəfləndirə bilsək, çox yaxşı olardı.  Ondan sonra görüşümüz olmayıb”.

Ulduz  futbolçu özü də iddialara cavab verib: “ABŞ-dəyəm. Mövsümə hazırlaşmaq, sıfırdan başlamaq və həmişə olduğu kimi, ən yaxşı şəkildə hazırlaşmaq üçün yanvarda Mayamiyə qayıdacağam".

Bahadur Seyidov