Putin kimi diktatorlar, HƏMAS kimi terrorçular qalib gələ bilməz - Bayden



 12:10 20.10.2023     285

“Mən İsrailə çox böyük miqdarda vəsait ayıracağam”

Demedia.az xəbər verir ki,  bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Co Bayden xalqa müraciət edən zaman deyib.

O  bildirib ki, HƏMAS fələstinlilərdən “ət qalxanı” kimi istifadə edir,  bu mübarizədə İsrailə  dəstək olacaq: 

“Sabah ABŞ Konqresindən büdcə  tələb edəcəyəm. Bu, ağıllı bir sərmayədir. Nəsillər boyu Amerika təhlükəsizliyinə fayda verəcək".

Bayden bu  “təhlükəsizlik paketi”nin  köməyi ilə İsrailin hərbi üstünlüyünü gücləndirəcəyini və münaqişənin daha da genişlənməsinin qarşısını  alacağını  deyib: "Həmas kimi terrorçuların, Putin kimi diktatorların qalib gəlməsinə icazə verə bilmərik. Buna icazə verə bilmərəm".

Bahadur Seyidov