Səlcuq Bayraktar: “Qəzza xalqı üçün 280 milyon lirə humanitar yardım etməyə hazırıq”



 12:54 20.10.2023     287

“Baykar” İdarə Heyətinin sədri Səlcuq Bayraktar Qəzzaya 280 milyon lirəlik humanitar yardım etməyə hazır olduqlarını ifadə edib.

Demedia.az xəbər verir ki, bu barədə o,  "X" hesabında paylaşım edib.

“Qəzzada törədilən qırğınların dayandırılması üçün bütün bəşəriyyəti hərəkətə keçməyə dəvət edirik. "Onlar xəstəxanaları, məktəbləri, ibadət yerlərini bombalayaraq müharibə cinayətləri törədirlər. Soyqırımla mübarizəyə borclu olanlar bu gün soyqırıma əl ataraq öz haqlarını tələb edirlər. Beynəlxalq ictimaiyyət hərəkətə keçməlidir, təcili olaraq sülh və ədalət bərqərar edilməlidir”.

Bahadur Seyidov