Alimlər xəbərdarlıq edir - “Qədim Misir”də zəhərli ilanlar var



 11:45 20.10.2023     309

Alimlər “Qədim Misir”də  ölümcül ilanların olduğuna inanırlar.

Demedia.az xəbər verir ki, bu barədə “The Conversation” jurnalında bir qrup araşdırmaçı alim məqalə yazıb.

Araşdırma eramızdan əvvəl 330-660-cı illər arasında Misirdə müxtəlif ilanların yaşadığını göstərir.

Alimlər bildirir ki,  xəstəliyə səbəb olan ölümcül ilan bu gün Misirdən 650 kilometr aralıda, Sahara-altı Afrikanın savannalarında yaşayır.

Komanda Afrikanın tropik bölgələrində, Şimali Afrikanın Məqrib bölgəsində və Yaxın Şərqdə yaşayan 10 növ ilana diqqət yetirib.

Bu növlər sözügedən dövrdə hazırlanmış “Bruklin Papirusu” kimi tanınan tarixi mətndə təsvir  edilib. Papirusun üzərində müxtəlif ilan növləri, dişləmələrinin təsirləri və müalicə üsulları sadalanır.

Tədqiqatçıların papirusdan seçdikləri 10 ilan növünə qara mamba, tüklü gürzə, Afrikanın ən bədnam ilanlarından bəziləri daxildir.

 Tədqiqatlar bu 10 növdən 9-nun, ehtimal ki, bir zamanlar Qədim Misirdə yaşadığını ortaya çıxarıb. Onların bir çoxunun bugünkü Sudanın şimalında və Qırmızı dəniz sahillərində məskunlaşdığı düşünülür. Komanda hesab edir ki, bu cür tədqiqatlar minlərlə il ərzində Yerin ekosisteminin necə dəyişdiyi barədə daha aydın təsəvvür yaradacaq.

Bahadur Seyidov