Aİ Qəzzaya görə Meta və “TikTok”a bir həftə vaxt verdi
Avropa İttifaqı (Aİ) sosial media platformalarını Rəqəmsal Xidmətlər Aktı çərçivəsində İsrail və Fələstin arasındakı müharibədə dezinformasiya ilə mübarizə aparmağa çağırır.
Demedia.az xəbər verir ki, Daha əvvəl tviterə 24 saatlıq müddət verən Aİ bu dəfə Meta və TikTok-a bir həftə vaxt verib.
Bildirilib ki, yeni texnologiya qaydalarına əsasən, verilən cavablarla kifayətlənmədiyi halda qurum xidməti araşdırma aça bilər.
Bildirilib ki, Aİ HƏMAS-ın İsrailə hücumundan sonra terror və zorakılıq xəbərlərinin və nifrət nitqinin yayılmasından narahatdır.
Bahadur Seyidov