Quterreş Fələstin sərhədinə getdi
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Fələstin-Misir sərhədindəki Rəfah Sərhəd Qapısına gedib.
Demedia.az xəbər verir ki, o bildirib ki, humanitar yardım Qəzzaya dərhal buraxılmalıdır. Quterreş Qəzzanın dünyaya açılan yeganə qapısı Misirdə Rəfah Sərhəd Qapısı qarşısında keçirdiyi mətbuat konfransında Fələstin xalqına göndərilməsi planlaşdırılan yardımlardan danışıb.
"Yardım Qəzzaya mümkün qədər tez hərəkət etməlidir, hər gün əhəmiyyətli sayda yük maşınının bölgəyə girməsi lazımdır. Əlavə vəsait lazımdır" – Quterreş deyib.
Bahadur Seyidov