Hollandiya vətəndaşlarına Livana səyahət etməmələri barədə xəbərdarlıq edib



 16:29 20.10.2023     289

Hollandiya vətəndaşlarına Livana səyahət etməmələri barədə xəbərdarlıq edib.

Demedia.az xəbər verir ki, Hollandiya Xarici İşlər Nazirliyinin fövqəladə hallar və səyahət xəbərdarlığı üçün istifadə etdiyi X sosial media hesabında paylaşılan açıqlamada Livana səyahət etməmək çağırışı edilib. Açıqlamada Hollandiya vətəndaşlarına Livanı tərk etmələri tövsiyə edilib. Bəyanatda həmçinin Livanı tərk etməməyi seçən Hollandiya vətəndaşlarından Beyrutdakı səfirliklə əlaqə saxlamaları və fövqəladə hallara hazır olmaları istənilib.

Qeyd edək ki, HƏMAS-ın İsrailə hücumundan sonra İsraillə Livan Hizbullahı arasında qarşıdurma baş verib.

Bahadur Seyidov