Argentina və Ekvadorda Fələstinə dəstək aksiyaları keçirilib



 16:56 20.10.2023     289

Fələstinin Cənubi Amerika ölkələri Argentina və Ekvadordakı səfirliyi qarşısına toplaşan yüzlərlə insan İsrailin Qəzzaya hücumlarına etiraz edib.

Demedia.az xəbər verir ki, Fələstin bayraqları daşıyan nümayişçilər əllərində "Fələstini azad edin" və "Soyqırım" yazılan lövhə və plakatlar qaldırıblar, Nümayişçilər “Azad Fələstin”, “İmperializm evə qayıt” kimi şüarlar səsləndirərək, Fələstinə qarşı davam edən hücumların dayandırılmasını tələb edib. Ekvador Müsəlman İcması Nümayəndəsi David Rodriguez mətbuata açıqlamasında Fələstinin illərdir İsrail və ABŞ tərəfindən ağır zərbələrə məruz qaldığını bildirib.

Aksiyanı Ekvador Kommunist Partiyasının nümayəndələrinin də dəstəklədiyi bildirilib.

Bahadur Seyidov