İsrail Livan sərhədindəki sakinləri təxliyə edir



 18:00 20.10.2023     294

İsrail Livanla sərhəddə yerləşən Kiryat Şmona şəhərinin sakinlərini təxliyə edir.

Demedia.az xəbər verir ki, bu, İsrail və Livan sərhədində toqquşmalarla bağlıdır. Bildirilir ki, sakinlər dövlət tərəfindən dəstəklənən mehmanxanalara yerləşdiriləcək.

Qeyd edək ki, HƏMAS İsrailə hücum edəndən sonra Livan sərhədində də gərginlik baş verib. Livandakı Hizbullah qüvvələrinin açdığı atəşə İsrail ordusu cavab verib.

Bahadur Seyidov