Balotelli Ərdoğanın “One minute” videosu ilə Fələstinə dəstək oldu



 21:00 22.10.2023     990

Super Liqa komandası Adana Dəmirsporun futbolçusu Balotelli Prezident Ərdoğanın Dünya İqtisadi Forumunda "One minute" videosunu paylaşaraq günlərdir İsrailin hücumlarına məruz qalan Fələstinə dəstək olub.

Demedia.az xəbər verir ki, Balotelli Ərdoğanın Dünya İqtisadi Forumunda o vaxtkı İsrail prezidenti Şimon Peresin Qəzzaya hücumları qanuniləşdirən sözlərini və onun diplomatik sərhədləri pozan davranışına reaksiya verdiyi anları əks etdirən videonu yayımlayıb.

Prezident Ərdoğanın 2009-cu ildəki “bir dəqiqə” reaksiyası bütün dünyanı təsirləndirdi.

Bahadur / Demedia.az