Türkiyədən sonra Qətər də hərəkətə keçdi



 20:00 22.10.2023     136

Türkiyə Qəzzaya yardım etmək üçün 20 mütəxəssis tibb işçisi də daxil olmaqla dərman və tibbi ləvazimat daşıyan təyyarə göndərib.

Demedia.az xəbər verir ki, Türkiyənin Fələstin xalqına verdiyi dəstəkdən sonra Qətər də hərəkətə keçib və içərisində 87 ton ərzaq və tibbi yardım olan 2 təyyarənin Qəzza zolağına göndərildiyi açıqlanıb.

O, yardım daşıyan iki təyyarənin Misirin Əl-Əl şəhərinə yola düşdüyünü bildirib. Nazirlik açıqlamasında deyib:

"Bu yardım Qətər tərəfindən İsrailin Qəzza zolağının bombardmanları nəticəsində çətin humanitar şəraitdə olan Fələstin xalqına verilir".

Bahadur / Demedia.az