İsmail Kartal sürpriz etmədi! - "Fənərbaxça" komandası...



 20:25 22.10.2023     474

Trendyol Super Liqasının 9-cu həftəsində "Fənərbaxça" "Atakaş Hatayspor"la qarşılaşacaq. 

Demedia.az xəbər verir ki, Ülker Stadionunda oynanılacaq və saat 19.00-da başlayacaq qarşılaşmanı baş hakim Volkan Bayarslan idarə edəcək.

Matçın VAR hakimi Mustafa İlker Coşkun oldu.İLK 11'SFenerbahçe; Livakoviç, Osayi-Samuel, Becao, Djiku, Ferdi, İsmail, Fred, İrfan Can, Szymanski, Tadiç, Dzeko.Hatayspor;Erce, Kilama, Burak Yılmaz, Burak Bekaroğlu, Qulam, Aburjania, Matondo, Dele-Bashiru, Rivas, Fernandes , Dadaşov.

Bu mövsüm həm liqada, həm də Avropada oynadığı 16 matçın hamısında qalib gələn sarı-göylü komanda, Qalatasaray və Beşiktaşın rəqiblərindən olduğu həftədə xal itirmədən yoluna davam etməyi hədəfləyir. Fənərbaxça Atakaş Hatayspor qarşısında 4 futbolçusundan yararlana bilməyəcək. Sarı-göylülərin heyətində zədəli olan Serdar Əziz, Coşua Kinq və Əmrə Mor vacib matçda komandalarını tək qoyacaqlar. Bu adlarla yanaşı zədəsini sağaldan, lakin hələ tam hazır olmayan Cengiz Ünderin "Hatayspor"la qarşılaşması gözlənilmir.Fənərbaxça Superliqada son 4 matçda qol buraxmayıb. 

Bahadur / Demedia.az