Rıdvan Dilmenin "Fənərbaxça" üçün rekord proqnozu



 10:30 23.10.2023     1538

Superliqanın 9-cu həftəsində "Fənərbaxça" öz meydanında "Hatayspor"u 4:2 hesabı ilə məğlub edib.

Demedia.az xəbər verir ki,  Qarşılaşmadan sonra TV8.5-də matçı dəyərləndirən məşhur şərhçi Rıdvan Dilmen, "Fənərbaxça"nın bir matçda ən çox qol vurma rekordunu qıra biləcəyini söyləyib: 

"Türkiyədə bir matçda ən çox qol vurma rekordu "Beşiktaş"a məxsusdur. O gün onların matçı 10-0 bitmişdi. Fənərbaxça bu mövsüm bu rekordu qıra bilər. Kiməsə 8-10 qol atacaqlar".

Bahadur / Demedia.az