Yatanda suya qatıb için! - ŞƏFA VERƏCƏK - Video



 09:37 23.10.2023     443

1 ay hər gün sarıkök yesək bədənimizdə nələr baş verər?

Dəri problemləri, saç tökülməsi, artıq çəki kimi müxtəlif hallarda sarıkök sizin köməyinizə çatacaq.

Saç tökülməsinin səbəbləri çoxdur. Bunun başında stress, düzgün qidalanmamaq və hormonal balansın pozulması gəlir. Koreyadakı Həyat Bilgisi İnstitutu tərəfindən aparılan bir araşdırmada sarıkökün saç köklərini möhkəmləndirməsi aşkar edilib. Sarıköklü saç maskasını özünüz də evdə hazırlaya bilərsiniz. 1 xörək qaşığı sarıkök götürün. 3 xörək qaşığı bitki yağına qatın. Qarışımı 30 dəqiqə boyunca saç dibinə sürtün, sonra da ürək rahatlığı ilə başınızı yuyun. Proseduru ayda 2-3 dəfə təkrarlayın. Hindistanın Pəncab Universitetinin oral patalogiya şöbəsinin əməkdaşları sarıkökün antibakterial xüsusiyyətləri barədə məqalə yayımlayıblar. Onlar qeyd ediblər ki, sarıkök bakteriya və parazitlərin böyüməsinin qarşısını alır və boğazda iltihabı azaldır. 1 stəkan isti suyun içinə yarım çay qaşığı sarıkök, yarım çay qaşığı duz qatın. Sağalanadək gündə 3 dəfə bu qarışımla boğazınızı qarqara edin.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az