Beşiktaşda kritik gün! - Seçki tarixi bəlli olur
Beşiktaşda keçiriləcək prezident seçkilərinin tarixi və Ahmet Nur Çebinin namizədlik qərarına bu gün aydınlıq gələcəyi gözlənilir.
Demedia.az xəbər verir ki, Rəhbərliyin seçki üçün noyabrın 26-nı təyin etdiyi iddia edilir.
Beşiktaş rəhbərliyi bu gün prezident seçkilərinin tarixini dəqiqləşdirmək üçün bir araya gələcək. Ağ-qara komandanın prezidenti Ahmet Nur Çebinin namizədliyi ilə bağlı son qərarını verməsi gözlənilir.
Beşiktaş rəhbərliyi iclasdan sonra seçki tarixini rəsmən açıqlayacaq. Ağ-qara seçicilərin noyabrın 26-da sandıq başına getməsi gözlənilir. Beşiktaş prezidenti Əhməd Nur Çebi qarşıdan gələn seçkilərdə başqa namizəd olub-olmayacağına bu gün qərar verəcək. Hələlik ağ-qaralar arasında yalnız Həsən Arat namizədliyini açıqlayıb. Fikrət Orman, Əmrə Kocadağ, Tevfik Yamantürk və Yıldırım Dəmirörən namizədlik üçün adı çəkilən şəxslərdir.
Bahadur / Demedia.az