1 dənə nar görün nələr edir - QABIĞI, HƏTTA TUMU... - Video



 10:15 23.10.2023     1002

1 dənə nar yesək hansı xəstəliklərə çarə ola bilər?
Narda güclü antioksidantlar olan polifenollar, flavonoidlər, antosianinlər var. Bu antioksidantlar sərbəst radikallarla mübarizə apararaq hüceyrə miqyasında xəsarətə məruz qalmağı azaldır. Nəticədə, xroniki xəstəliklərə tutulma riski azalır.Aparılan bir çox elmi araşdırmalar sübut edib ki, nar xərçəngə tutulma riskini azaldır. Meyvə, xüsusilə, prostat, döş, bağırsaq xərçəngi kimi bəzi xərçəng növlərinə qarşı qoruyucu təsirə malikdir.Müntəzəm şəkildə nar qəbul etməklə ürəyin qayğısına qalmaq mümkündür. Antioksidantlar isə damarların mühafizəçiləridir. Həmçinin, “pis xolesterol”un oksidləşməsinin qarşısını alır. Bundan əlavə, nar suyunun təzyiqi aşağı sala bilməsinə dair elmi araşdırmalar da aparılıb və qənaətbəxş nəticələr əldə edilib.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonuz izləyərək narın faydaları barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az