BU çayı gecə için. Nələr etdiyini görəndə ŞOK OLACAQSIZ - Video



 10:39 23.10.2023     609

Xəstəliklərin müalicəsində bitkilərdən istifadə etməyin tarixi çox qədimdir. Xüsusilə də son illər alternativ tibbə maraq böyükdür.

Xəfif limon qoxulu yarpaqları və özünəməxsus aroması ilə həm ləzzətli, həm də şəfalı otlar kateqoriyasında yer alan limonotu, xüsusilə, yuxu rejiminin nizamlanmasında hünərlidir. İsti iqlimləri sevən melisa bitkisi ölkəmizdə də geniş yayılıb. Quba, Qusar, Şabran, Şəki, Zaqatala, Şuşa, Laçın, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz rayonlarında, habelə, Kür düzənliyində, Lənkəran ovalığında, Naxçıvanın dağlıq hissəsində bitir. Bitkinin ən geniş istifadə edilmə forması yarpağından çay hazırlanmasıdır. Amma bu yarpaqlar bitki çiçək açmazdan qabaq yığılmalıdır. Çünki bitki çiçək açandan sonra özünəməxsus limonvarı qoxusu qeybə çəkilir. Tövsiyə edilir ki, yarpaqlar ildə, cəmi, 1 dəfə yığılsın. Bu yarpaqları təzə-təzə şorbalara, salatlara, balıq yeməklərinə də əlavə etmək mümkündür. Yayda soyuq içkilərə də qatılan melisa yarpaqları bu içkilərə xoş aroma bəxş edir. Melisa yarpaqlarını və tumurcuqlarını əzib püre halına salaraq tərləyən bölgələrə sürtmək də xalq təbabətində geniş yayılıb. Bu zaman xoşagəlməz tər qoxusu yoxa çıxır.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az