Futbol matçında dava: Oyun dayandırıldı



 12:43 23.10.2023     808

"Olimpiakos"un "Panatinaikos"la keçirdiyi derbi hadisələrə görə yarımçıq qalıb. 

Demedia.az xəbər verir ki, Meydanda isinmə hərəkətləri edən "Panatinaikos"un ispaniyalı futbolçusu Xuankarın başından məşəl zərbəsi alıb və futbolçu xəstəxanaya çatdırılıb.

Baş verənlərdən sonra hər iki komandanın futbolçuları paltardəyişmə otağına yollanıb və matç təxirə salınıb.Yunanıstan Liqasının 8-ci həftəsində keçirilən “Olimpiakos” – “Panatinaikos” matçı hadisələr səbəbindən davam edə bilməyib. "Olimpiakos"un "Panatinaikos"a bərabərlik qolunu vurmasından sonra azarkeşlər sevincdən dəli olublar. Meydançaya atılan fişənglərdən biri meydançada isinmə hərəkətləri edən "Panatinaikos"un futbolçusu Xuankarın başına dəyib.

Hadisədən sonra Xuankar təcili xəstəxanaya çatdırılıb. Futbolçular və hakimlər paltardəyişmə otağına yollanıblar. Matç təxirə salınarkən, Olimpiakos prezidenti Marinakis matçın oynanılması lazım olduğunu bildirib.

Bahadur / Demedia.az