İran XİN: “Bölgədə hər an, hər şey ola bilər”
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İsrailin Qəzzaya hücumlarını “soyqırım” kimi qiymətləndirib.
Demedia.az CNN Türk-ə istinadən xəbər verir ki, o, bu barədə Tehranda Cənubi Afrika Respublikasının xarici işlər naziri Naledi Pandor ilə birgə mətbuat konfransında məlumat verib:
“Bununla açıq şəkildə bildirirəm ki, bu gün bölgə barut çəlləyinə çevrilib. Soyqırımın davam etdirilməsi və Qəzza əhalisinin məcburi köçü kimi yanlış addımların həm bölgə, həm də müharibə axtaranlar üçün acı nəticələri olacaq”.
Abdullahiyan həmçinin ABŞ prezidetni Co Baydenin İsrailə səfərindən də danışıb:
“ABŞ prezidenti Bayden Təl-Əvivə gedir və Qəzzada xəstəxanaları, məscidləri, kilsələri və mülki yaşayış məntəqələrini bombalayan İsrail rejiminə dəstək verir. Bu çox acınacaqlı vəziyyətdir. Bayden Təl-Əvivdə yüzlərlə silah göndərərək İsrail rejiminə kömək edəcəklərini açıqlayır. İsrail və ABŞ-yə xəbərdarlıq edirəm, əgər soyqırım və müharibə cinayətlərini davam etdirsələr, bölgədə hər an hər şey ola bilər və vəziyyət daha da gərginləşə bilər”.
Bahadur Seyidov