İsrail girovları geri almaq istəməyib?
İsrail HƏMAS-ın girovlarla bağlı iddialarına cavab verib.
Demedia.az xəbər verir ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağında saxladıqları 2 İsrail vətəndaşını azad etmək istədiyini, lakin İsrailin bunu rədd etdiyini bildirib.
İsrail Baş Nazirliyi bunu "təbliğat" adlandıraraq məsələ ilə bağlı açıqlama verməyəcəyini bildirib: “Həmasın yalançı təbliğatına münasibət bildirməyəcəyik. Əsirlərin evlərinə qaytarılması üçün hər cür addım atmağa davam edəcəyik".
Qeyd edək ki, HƏMAS 2 Amerika vətəndaşını girovluqdan azad edib.
İsrail ordusu blokadada olan Qəzza zolağında 21o nəfərin HƏMAS tərəfindən girov götürüldüyünü bildirib.
Bahadur Seyidov