Məşhur sosial media fenomeninin əmlakı müsadirə edildi
Sosial media fenomeni və iş qadını Dilan Polat ilə həyat yoldaşı Engin Polatın bütün əmlakı müsadirə olunub.
Demedia.az xəbər verir ki, bu barədə Anadolu Baş Prokurorluğu məlumat yayıb.
Qeyd edilib ki, Engin Polat, Dilan Polat və digər şübhəlilər haqqında çirkli pulların yuyulması barəsində istintaq əməliyyatları başlanıb. Həmçinin şübhəlilərə xaricə səyahət qadağası qoyulub.
Bahadur Seyidov